Final görüşü Bakıda keçiriləcək Avropa Liqasının (AL) kuboku qitə turuna çıxacaq. Matc.az xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə bəyanat yayıb.

Bildirilir ki, AL-in kuboku martın 9-da İsveçrənin Cenevrə şəhərindən səyahətə başlayacaq. Kubok Sevilya, Berlin, London, Milan, Moskva və Paris turundan sonra mayın 16-da Bakıya gətiriləcək.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest