Millətlər Liqasının Malta ilə oyunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanovun bu postda 10-cu sınağı olub. Matç.az saytı xəbər verir ki, millimizin "sükanı arxası"nda 10 qarşılaşma duruş gətirmək hər mütəxəssisə nəsib olmayıb.

Komandanın 26 illik tarixində 4-5, bəzən 8-9 oyundan sonra millidən ayrılanlar, həmçinin bir neçə matçlıq bu vəzifəni icra edənlər az olmayıb. Qurbanov millinin baş məşqçisi kimi ardıcıl 10 oyun postunda qalmağı bacaran 8-ci mütəxəssisdi.

Malta ilə görüşə təsadüf edən yubiley uğurlu alınmayıb. Komandamız öz meydanında aşkar zəif rəqibin güclü müdafiəsini 1 dəfədən artıq yara bilməyib – 1:1.

Azərbaycan yığmasının tarixində ən azı 10 oyun baş məşqçi vəzifəsini tutan çalışdırıcıların bu müddətdə göstərdikləri nəticələr maraq doğurur. Söhbət Qurbanovun sələflərinin postundakı ilk 10 oyunundan gedir.

46 yaşlı mütəxəssisin rəhbərliyi altında komandamız cəmi 3 qələbə qazanıb, 5 heç-heçə edib və 2 dəfə uduzub. Yığmanın top fərqi 8-12-di. Təbii ki, bu göstəricilər idealdan çox uzaqdı və arzulananları əks etdirmir.

Amma Qurbanovun sələflərinin yığmadakı nəticələrinə baxsaq, elə yaxşı nəticələr elə indiki baş məşqçiyə məxsusdu. Onadək yalnız Kazbek Tuayev ilk 10 qarşılaşmada 3 qələbə sevinci yaşayıb. Digərlərində isə bu rəqəm 1-2-dən artıq deyil. Amma Tuayev Qurbanovla müqayisədə daha çox məğlubiyyətə üzülüb və top fərqi də ürəkaçan deyil.

Millinin baş məşqçisi kimi ilk 10 oyunda

Baş məşqçi

Q

H

M

T/f

x

Qurban Qurbanov

3

5

2

12-8

14

Kazbek Tuayev

3

3

4

8-12

12

Berti Foqts

2

4

4

7-9

10

Robert Prosineçki

2

4

4

8-13

10

Karlos Alberto Torres

2

4

4

11-18

10

Şahin Diniyev

1

5

4

3-15

8

İqor Ponomaryov

1

1

8

5-15

4

Vaqif Sadıqov

1

1

8

5-19

4


Qeyd: xallar şərti olaraq, qələbəyə 3 xal prinsipi ilə hesablanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest