"Qəbələ" Topaz Premyer Liqasının II dövrəsinin hazırlıqlarını davam etdirir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Səbail"lə oktyabrın 13-də keçirilən yoxlama oyunundan sonra birgünlük istirahətə buraxılan "qırmızı-qaralar" bu gün paytaxtda bir araya gəlib.

VIII turun "Neftçi" ilə ev matçına hazırlaşan komandanın məşqi günün ilk yarısına təsadüf edib. "Bakı"nın təlim-məşq bazasında gerçəkləşən hazırlıq prosesi iki hissədən ibarət olub. Futbolçular öncə fiziki hazırıq keçib, ardınca meydanda toplu çalışmaları yerinə yetirib. Azərbaycan millisinin heyətindən qayıdan Təmkin Xəlilzadə və ürfan Abbasov da artıq "Qəbələ"nin düşərgəsində olsa da, yığmalara çağırılan digər oyunçular hazırlıqda iştirak etmir. Sabahkı məşqini də Bakıda gerçəkləşdirəcək "qırmızı-qaralar" oktyabrın 17-də Qəbələyə yollanacaq.

Qeyd edək ki, VIII turun "Neftçi" ilə keçiriləcək oyunu oktyabrın 20-də Qəbələ şəhər stadionunda baş tutacaq. Matçın start fiti saat 17:00-da veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest