“Roma” heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Norveçin “Bodo Qlimt” klubunun yarımmüdafiəçisi Ola Solbakkeni transfer edib.
 
Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. Tərəflər müddəti 2027-ci ilin yayına qədər olan müqaviləyə imza atıblar. Norveçli futbolçu yeni klubuna 2023-cü ilin 2 yanvarından etibarən qoşulacaq. Çünki onun “Bodo Qlimt”lə müqaviləsinin müddəti bu ilin 31 dekabrında bitəcək. İtaliya klubu “Bodo Qlimt”ə təzminat ödəməyəcək.
 
Solbakken “Ranheym” klubunun yetirməsidir. 24 yaşlı vinger 2020-ci ildən “Bodo Qlimt”də çıxış edir. O, Norveç yığmasında 4 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest