"Liverpul"un müdafiəçisi Alberto Moreno kubunu dəyişəcək. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı futbolçunun mövsümün sonunda "qırmızılar"la vidalaşacağı dəqiqləşib.

26 yaşlı cinah oyunçusunun klubla müqavilə müddəti cari mövsümün sonuna qədərdi. Həm rəhbərlik, həm də futbolçu özü yeni sözləşmədə maraqlı deyil. Artıq yanvarın 1-dən etibarən o, digər klublarla danışıqlara başlaya biləcək.

Qeyd edək ki, Alberto Moreno "Liverpul"a 2014-cü ildə "Sevilya"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest