"Neftçi"nin sabiq futbolçusu İqnasio Errera komandasını dəyişib. Matc.az saytının çili mətbuatına istinadən məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi ölkəsinə qayıdıb.

ötən ilin yayında "Neftçi"dən ayrılaraq Cənubi Koreyanın "Seul E-Land" klubuna keçən vingerin bu qış yenidən Azərbaycana dönmək ehtimalı var idi. Belə ki, "Səbail" onu heyətinə qatmaq istəyirdi. Lakin "Seul E-Land"da cəmi 6 ay qalan və 11 oyunda meydana çıxan Errera çilinin yüksək liqa təmsilçisi "Palestino" ilə anlaşıb. Yeni mövsümdə cəmi 2 oyun keçirən "Palestino" hücumameyilli oyunçunun transferini rəsmən açıqlayıb.

Bununla da İqnasio Errera 3 ildən sonra ölkəsi çiliyə qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest