Bolqarıstan mətbuatı yerli klubların son 5 ildə transferlərdən nə qədər qazanc götürdüyünü araşdırıb. Matc.az saytı xəbər verir ki, hesablama 2014-cü ilin yayından bu günə qədər aparılıb.

Bu müddətdə oyunçu satışından ən çox gəlir götürən komanda "Ludoqorets" olub. Təsadüfi deyil ki, Bolqarıstandan Avropaya yollananlar arasında klubuna ən çox pul qazandıran 5 oyunçudan 3-ü məhz "Ludoqorets"in üzvü olub.

Maraqlıdı ki, geridə qalan 5 il ərzində Bolqarıstan-Azərbaycana marşrutu üzrə hərəkət edən də olub. Bu, müdafiəçi Aleksandru Benqadı. Onun 2014-cü ilin yayında "Botev"dən "Qəbələ"yə keçidi Plovdiv təmsilçisinə pul qazandırıb. Belə ki, həmkarlarımız bu transferin Azərbaycan təmsilçisinə 300 min avroya başa gəldiyini vurğulayıblar.

Qeyd edək ki, ölkəmizdə 1 il qalan Aleksandru Benqa 2015-ci ilin yayında Rumıniya "Petrolul"una yollanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest