Azərbaycan millisinin və Almaniyanın "Şalke" klubunun gənclərdən ibarət komandasının futbolçusu Rüfət Dadaşovun burnu sınıb. Matc.az xəbər verir ki, 31 yaşlı hücumçu bu səbəbdən artıq 2 oyundur meydana qoruyucu maska ilə çıxır.

Qərb Regional Liqasında "Köln"ün müvafiq yaş qrupundan ibarət komandası ilə 19-cu matçında (5:0) fərqlənən təcrübəli forvard maska ilə oynamağın çətin olduğunu bildirib:
 
"Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm".
 
Xatırladaq ki, Rüfət Dadaşov cari mövsümdə "Şalke"nin heyətində 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest