Millətlər Liqasında IV turun son gününün oyunları keçirilib. Matç.az saytı xəbər verir ki, 4 liqanın 6 qrupunda 9 qarşılaşma baş tutub.

 

Günün ən diqqətçəkən oyunu A Liqasında keçirilib. Son iki dünya çempionu Fransa ilə Almaniya üz-üzə gəlib. Fransızlar ilk qolu buraxmalarına baxmayaraq, əzmkar qələbə qazanaraq, liderliyi möhkəmlədiblər. Bundestimin isə final mərhələsinə yüksəlmək şansı tükənib.

 

B liqasında öz qrupunun lideri olan Ukrayna ən yaxın izləyicisi çexiyaya evdə də qalib gələrək, 1-ci pilləni təmin edib. Bununla Andrey Şevçenkonun yetirmələri A Liqasına yüksəliblər.

 

Bu liqanın digər qrupundakı matçda Uels autsayder İrlandiya səfərindən 3 xalla dönüb. Bu, irlandların liderlik şansının üstündən xətt çəkib.

 

C Liqasının 3-cü qrupunda Bolqarıstanı məğlub edən Norveç həm xalların sayını bərabərləşdirib, həm də liderliyə yüksəlib. Sloveniya üçün isə B Liqası ümidi qalmayıb.

 

D Liqasında 2 qrupda oyunlar baş tutub. 1-ci qrupda Latviyadan 3 xalı 3 qolla alan Gürcüstan yoluna itkisiz davam edib. Bununla gürcülər həm liderliyi, həm də C Liqasına vəsiqəni təmin ediblər.

 

Digər qrupun ilk üç turunda 9 xal toplayan Makedoniya ilk yenilgisini Ermənistandan alıb. Cəbəllütariq isə 4 gündə 2 qələbə qazanaraq, liderə yaxınlaşıb.

 

UEFA Millətlər Liqası

IV tur

16 oktyabr

A Liqası

1-ci qrup

Fransa – Almaniya - 2:1

1.

Fransa

3

2

1

0

4-2

7

2.

Hollandiya

2

1

0

1

4-2

3

3.

Almaniya

3

0

1

2

1-5

1

 

B Liqası

1-ci qrup

Ukrayna - çexiya - 1:0

1.

Ukrayna

3

3

0

0

4-1

9

2.

çexiya

3

1

0

2

3-4

3

3.

Slovakiya

2

0

0

2

1-3

0

 

4-cü qrup

İrlandiya – Uels - 0:1

1.

Uels

3

2

0

1

5-3

6

2.

Danimarka

2

1

1

0

2-0

4

3.

İrlandiya

3

0

1

2

1-5

1

 

C Liqası

3-cü qrup

Norveç – Bolqarıstan - 1:0

Sloveniya – Kipr - 1:1

1.

Norveç

4

3

0

1

4-1

9

2.

Bolqarıstan

4

3

0

1

5-3

9

3.

Kipr

4

1

1

2

4-6

4

4.

Sloveniya

4

0

1

3

3-6

1

 

D Liqası

1-ci qrup

Qazaxıstan – Andorra - 4:0

Latviya - Gürcüstan - 0:3

1.

Gürcüstan

4

4

0

0

9-0

12

2.

Qazaxıstan

4

1

2

1

6-4

5

3.

Latviya

4

0

2

2

1-5

2

4.

Andorra

4

0

2

2

1-8

2

 

4-cü qrup

Ermənistan – Makedoniya - 4:0

Cəbəllütariq – Lixtenşteyn - 2:1

1.

Makedoniya

4

3

0

1

8-5

9

2.

Cəbəllütariq

4

2

0

2

3-5

6

3.

Ermənistan

4

2

0

2

6-4

6

4.

Lixtenşteyn

4

1

0

3

5-8

3

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest