Polşanın paytaxtı Varşavada kişi cüdoçular arasında Avropa açıq kubok yarışına start verilib. Matc.az xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Oruc Vəlizadə bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qızıl medalına layiq görülüb. Cüdoçumuz Varşavada Qazaxıstan, Fransa, Hollandiya və Polşa təmsilçilərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 66 kq çəki dərəcəsində yarışan İbrahim Əliyev isə yalnız finalda uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, Polşa turnirində 35 ölkədən 291 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq yarışda 14 cüdoçu təmsil edir. Avropa kubokuna martın 3-də yekun vurulacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest