Kaş ki pis oynayıb, xal qazanardıq. Bəzi zədəlilərimiz vardı. Bu gün Amil Yunanov 4-cü sarı vərəqəsini aldı. İkinci hissə gələcəyə ümid verirsə, ilk yarıdakı nöqsanlardan nəticə çıxarmalıyıq

"İki fərqli hissə izlədik. İlk yarıda topa nəzarət edə bilmirdik. Xırda bir səhvdən sonra rəqib bizi əks-hücumda yaxaladı və qol vurdu". Matc.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Topaz Premyer Liqasının XIX turunda "Qarabağ"ı qəbul edən paytaxt təmsilçisi 0:1 hesabı ilə məğlub olub.

Oyundan sonra açıqlama verən Əhmədov qarşılaşmanı şərh edib. 48 yaşlı mütəxəssisin sözlərinə görə, ikinci hissədə üstün futbol sərgiləyən komanda "Keşlə" olub: "Kaş ki pis oynayıb, xal qazanardıq. Bəzi zədəlilərimiz vardı. Bu gün Amil Yunanov 4-cü sarı vərəqəsini aldı. İkinci hissə gələcəyə ümid verirsə, ilk yarıdakı nöqsanlardan nəticə çıxarmalıyıq".

Baş məşqçi əsas problemlərinin futbolçuların arxaya, xüsusən də qapıçıya ötürmə etməkləri olduğunu vurğulayıb: "Ən böyük problem budur. Rəqibi təzyiq altında saxladığın vaxtda qapıçı Kamran Ağayevə ötürmə verilir. Məşqlərdə daha çox bunun üzərində işləyirik. Səbəbi mənim üçün də qaranlıqdı. Alınmır ki, alınmır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest