"ötən il Millətlər Liqasında ümidlərimiz çox idi. Bəzi oyunlarda şans, bəzilərində isə əzmkarlıq çatmadı. Nəticədə qrupda ikinci yeri tutduq. Ancaq ruhdan düşmək olmaz. Milli komandamız çalışmalıdı ki, azarkeşləri sevindirsin". Matc.az saytı xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

AFFA-nın növbəti Hesabat Konfransında çıxış edən Məmmədov bildirib ki, ötən il futbolla bağlı zənginlik olub: "Rəsmi liqaların, milli komandaların oyunların sayı ildən-ilə artır. Futbol ayrı bir dünyadı, 11 nəfərdən ibarət idman növü deyil. ötən ilin əsas prioritetlərdən biri yaratdığımız liqaları stabil səviyyədə saxlamaq idi. Tez-tez deyirdilər ki, Azərbaycanda uşaq futbolu yoxdu. Bunu deyənlər futboldan uzaq insanlardı. Ancaq həftəlik 245 oyun təşkil edilir. Bu liqaları təşkil etməklə sosial məsuliyyət daşıyırıq. Sağlam həyat tərzinin geniş vüsət almasına şərait yaradırıq. Problemlər var və bunu hər dəfə kollektiv şəkildə müzakirə edirik. Bu, böyük futboldu. Bütün problemləri həll etmək nə asandı, nə də mümkün. Aşağı yaş qruplarında ümidverici futbolumuz var. U-17, U-19 yığmalarımız iki ildən bir elit-raunda vəsiqə qazanır. Lakin futbolçu 18 yaşa çatanda peşəkar müqavilə imzalayan kimi, futbola az məsuliyyətlə yanaşırlar. Burda məşqçilərin öhdəsinə böyük iş düşür. Onlar uşağa futbol etikasını, davranışı öyrətməlidi. Buna görə də, son 11 ildə məşqçilər üçün 83 kurs təşkil etmişik. UEFA ilə birlikdə yaratdığımız təhsil proqramı yararlıdı. Məşqçilərimiz dayanmamalı, çalışmalıdılar".

O, Premyer Liqada 8 komandanın iştirakına da toxunub: "Bu məsələ hər dəfə müzakirə olunur. Biz də 10 komandanın olmasını istəyirik. Bu gün 8 komandalı çempionat gedir, autsayder liderdən xal ala bilir. "Qarabağ" hər mövsüm avrokubokun qrup mərhələsində iştirak edir. Biz də istəyirik ki, 10 komanda olsun. Amma güclü, maliyyə mənbəyi yüksək olsun. Klublarımızla sıx əməkdaşlıq edirik və tələb edirik ki, AFFA kimi maliyyə hesabatları şəffaf olsun. Bu gün Premyer Liqada iştirak üçün 2 milyon manat lazımdı. Bunun 25 faizi zəmanət olmalıdı. Bununla, Azərbaycan futbolunu sığortalayırıq. Əvvəlki illərdə klublarımızın maliyyə problemi olub. Amma zəmanət məşqçilərin, futbolçuların maaşlarını sığortalayır".

Məmmədov Avropa Liqasının finalı barədə də fikir bildirib: "Bütün dövlət orqanları ilə əməkdaşlıq edilir. Böyük oyun olacaq. 3 gündən sonra biletlərin satışı UEFA tərəfindən başlayacaq. Dekabrda UEFA 1500 VİP bilet satışa çıxardı. Onların qiyməti 890 avrodu ki, təxminən 1700 manat edir. Həmin biletlər iki həftə ərzində satıldı. Azərbaycan daxilində cəmi 19 bilet alındı. Gözləntimiz odu ki, 20 min azarkeş xarici ölkələrdən gələcək. Azarkeşlərə demək istəyirəm ki, martın 7-dən biletləri ala bilərlər. Dünən də gözəl futbol şousu təşki olundu və orda ölkə başçısı İlham Əliyevə Avropa Liqasının kuboku təqdim edildi".

Elxan Məmmədovun çıxışından sonra Portuqaliyanın əfsanəvi futbolçusu Deko Avropa Liqasının kubokunu zala gətirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest