"Azərbaycana ilk dəfə oyunçu kimi gəlmişdim. Həmin vaxt şəhəri görmək imkanımız olmamışdı. Sadəcə, otel və stadionu görmüşdüm"

"Bakıya ikinci səfərimdi. ölkənizə ilk dəfə milli komanda ilə gəlmişdim. Bir də qayıtdığım üçün çox sevinirəm". Matc.az saytının məlumatına görə, bunu Bakıda səfərdə olan Portuqaliya millisinin sabiq futbolçusu Deku deyib.

Paytaxtımızda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı Bakıya gələn ulduz futbolçu Azərbaycan haqda xoş sözlər söyləyib: "İnsanlarınız çox qonaqpərvərdi. Federasiyanızın futbolun inkişafı üçün etdiklərini görüb, sevinirəm. Sözsüz ki, mayda keçiriləcək UEFA Avropa Liqasının final matçını izləmək üçün də Bakıya gələcəm".

"Barselona" və "çelsi"dəki çıxışı ilə azarkeşlərin rəğbətini qazanan Deku səfərləri arasındakı fərqdən də danışıb: "Azərbaycana ilk dəfə oyunçu kimi gəlmişdim. Həmin vaxt şəhəri görmək imkanımız olmamışdı. Sadəcə, otel və stadionu görmüşdüm. Bu dəfə fərqli bir səfər idi. Bakını gəzə bildim və bu, məndə xoş təəssürat yaratdı".

O, mayın 29-da baş tutacaq Avropa Liqasının finalında London təmsilçisini görmək istədiyini də gizlətməyib: "ümid edirəm ki, "çelsi" finalda olacaq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest