Azərbaycanda gender bərabərliyini dəstəkləmək və 8 mart Beynəlxalq Qadınlar gününü qeyd etmək üçün yoldaşlıq oyunu keçirilib. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, görüşdə Birləşmiş Millətlər Təşkilatının rəsmiləri, Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların nümayəndələri və qızlardan ibarət milli komandanın (U-17 və U-19) futbolçuları iştirak ediblər.

Qadın və kişilərdən ibarət dörd komanda BMT-nin Azərbaycan nümayəndəliyinin hazırladığı və üzərində #bərabərliknaminə həştəqi, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu futbol köynəkləri və topla çıxış edib. Tədbiri Birləşmiş Millətlər Təşkilatı (BMT), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Missiya Rəhbərləri Xanımlarının Təşkilatı (HOMS) təşkil edib.

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai AFFA-ya, diplomatik missiya nümayəndələrinə, HОMS-a və BMT əməkdaşlarına iştirak və dəstəklərinə görə təşəkkür edib: "Gendər bərabərliyi və qızların səlahiyyətləndirilməsini təşviq etmək üçün Azərbaycanın ulduz futbolçuları ilə birlikdə oynamaq çox maraqlı idi".

AFFA-nın Kütləvi Futbol departamentinin rəhbəri Cahangir Həsənzadə BMT-nin Azərbaycandaki nümayəndəliyinə qız futbolu və gender bərabərliyinə verdiyi davamlı dəstəyə görə minnətdarlığını bildirib. О, bu sahədə görülən işlərə görə, BMT-nin Azərbaycandaki rezident əlaqələndiricisinə mükafat və təşəkkürnamə təqdim edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest