"Barselona" yarımmüdafiəçisi Serxi Samperlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı futbolçu ilə müqaviləyə xitam verilib. Samper Kataloniya klubundan ayrılması ilə bağlı mətbuat konfransı keçirəcək. Ardından dayaq yarımmüdafiəçisi Yaponiyanın "Vissel Kobe" klubu ilə müqavilə bağlayacaq və həmin komandanın formasını geyinəcək.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Serxi Samper əsas komandanın heyətində 13 oyunda iştirak edib, 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest