Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.
Konkret olaraq 6 məsələ ilə bağlı qərar verilib ki, bunlar aşağıdakı kimidi:
1. Qadınlardan ibarət Azərbaycan millilərinin baş məşqçiləri təsdiq olunsun:
A milli komanda – Siyasət Əsgərov
U-19 – Vüqar Əsgərli
U-17; U-15 – Zamir Həsənov
2. 2019-2020-ci il mövsümündə Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının I Divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50 min manat vəsait ayrılsın.
Əvəzedici komandasının I Divizonda iştirakından imtina edən TPL klubu 100 min manat məbləğində cərimə olunsun.
3. Oyunçuların Statusu və Transferi Komitəsinin Prosessual Qaydalarına aşağıdakı dəyişikliklər edilsin:
- Prosessual Qaydaların 5â€ci maddəsinin (Tərkib) 1â€ci bəndi aşağıdakı redaksiyada verilsin:
"Oyunçuların Statusu və Transferi Komitəsinin sədrini AFFAâ€nın İcraiyyə Komitəsi təyin edir. Komitənin digər üzvləri də AFFAâ€nın İcraiyyə Komitəsi tərəfindən aşağıdakı hər kateqoriya üzrə iki (2) nəfərə qədər olmaqla təyin edilir:
5.1.1. Peşəkar Futbol Liqası – Nihad Məmmədov
5.1.2. Klublar Komitəsi – Orxan Əhmədov
5.1.3. Müstəqil hüquqşünas – Fərid Haqverdiyev
5.1.4. Qeydiyyat və statistika şöbəsi – Seymur Səlimli
- Prosessual Qaydaların 5â€ci maddəsinin (Tərkib) 2â€ci bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Komitənin sədri AFFAâ€nın üzvü ola bilməz. Komitənin sədri, üzvləri və məsul katibi öz vəzifələrini icra edən zaman onlara məlum olan bütün faktlar barədə məxfiliyi qorumaq öhdəliyi daşıyırlar."
- Prosessual Qaydaların 5â€ci maddəsinin (Tərkib) 3â€cü bəndinin "seçilir" sözü "təyin edilir" sözü ilə əvəz edilsin.
4. Lisenziya Komissiyası və Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi aşağıdakı tərkibdə təsdiq olunsun:
Lisenziya Komissiyası
Sədr - Elçin Səmədli
Sədr müavini - Sərxan İbadov
üzvlər - İslam Bayramov, Firdovsi Qasımov, Mahmud Yusifov, Vladimir Fyodorov, Zaur Hacı-Məhərrəmov
Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi
Sədr - Nazim Əliyev
Sədr müavini - Rauf Quluzadə, Mikayıl Xəlilzadə, İlham Hacıyev, Anar Yusubov, Zamin Hüseynov, Orxan Hüseynzadə
5. Tovuz rayonunda, "Turan-Tovuz" klubunun nəzdində Futbol Akademiyası təsis olunsun. Akademiyanın təsis olunması ilə bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsi AFFA-nın baş katibliyinə həvalə olunsun.
6. VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilsin.