çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Matc.az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra 1/4 finala yüksələn ilk iki komanda bəlli olub.

Madrid "Real"ı Hollandiyanın "Ayaks" klubunu qəbul edib. Amsterdamda 2:1 hesablı qələbə qazanan ispaniyalılar ev matçında bu üstünlükdən yararlana bilməyib. "Kral klubu" əksinə, heç kimin gözləmlədiyi halda darmadağına üzülüb. "Ayaks" mərhələni 4:1 hesablı qələbə ilə keçib.

Dortmund "Borussiya"sı da çətin vəzifənin öhdəsindən gələ bilməyib. İngiltərədə "Tottenhem"dən 3 cavabsız qol buraxan Bundesliqa təmsilçisi doğma azarkeşlər önündə də tək qola üzülüb.

çempionlar Liqası, 1/8 final
5 mart

 

"Real" (İspaniya) – "Ayaks" (Hollandiya) - 1:4
Asensio, 70 - Ziyeç, 7, Neres, 19, Tadiç, 62, Şöne, 72
Madrid. "Santyaqo Bernabeu" stadionu. Baş hakim: Feliks Brix (Almaniya)
İlk oyun – 2:1

"Real": 25. Tibo Kurtua, 2. Dani Karvaxal, 5. Rafael Varan, 6. Naço, 8. Toni Kroos, 9. Karim Benzema, 10. Luka Modriç, 14. Kazemiro, 17. Lukas Vazkez, 23. Serxio Requlyon, 28. Vinisius Junior

"Ayaks": 24. Andre Onana, 4. Mattiys De Liqt, 6. Donni Van de Bik, 7. David Neres, 10. Duşan Tadiç, 12. Nusair Mazraoui, 17. Deyli Blind, 20. Lasse Şöne, 21. Frenki De Yonq, 22. Hakim Ziyeç, 31. Nikolas Talyafiko


"Borussiya" (Dortmund, Almaniya) – "Tottenhem" (İngiltərə) - 0:1
Keyn, 49
Dortmund. "Siqnal İduna Park" stadionu. Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun – 0:3

"Borussiya": 1. Roman Burki, 4. Abdu Diallo, 7. Jadon Sanço, 9. Pako Alkaser, 10. Mario Götze, 11. Marko Roys, 13. Rafael Gerrero, 16. Manuel Akanji, 27. Marius Volf, 28. Aksel Vitsel, 33. Julian Vayql

"Tottenhem": 1. Huqo Lloris, 4. Tobi Alderveyld, 5. Yan Vertongen, 6. Davinson Sançez, 7. Hon Min Son, 8. Harri Vinks, 10. Harri Keyn, 17. Musa Sissoko, 23. Kristian Eriksen, 24. Serxi Orue, 33. Ben Deyvis

Qeyd edək ki, 1/8 finalın digər iki cavab oyunu martın 6-da keçiriləcək. PSJ (Fransa) "Mançester Yunayted"lə (İngiltərə), "Porto" "Roma" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest