"Heyətimizdə bəzi itkilər var. Həmçinin bir neçə aparıcı oyunçu milli karyerasını bitirib. Bununla belə, Xorvatiya yığmasında ulduz futbolçular çıxış edir. Fikrimcə, zədəlilərin yoxluğu qarşıdakı oyunlarda hiss olunmayacaq".

"Yenidən yığmaya dəvət aldığım üçün çox şadam. Adımın daim siyahıya salınmasına çalışıram". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının müdafiəçisi Due çaleta-çar deyib.

23 yaşlı futbolçu AVRO-2020-nin seçmə qrup mərhələsində Azərbaycan və Macarıstanla oyunlara çağırılmasını özü üçün şans hesab edir: "Heyətimizdə bəzi itkilər var. Həmçinin bir neçə aparıcı oyunçu milli karyerasını bitirib. Bununla belə, Xorvatiya yığmasında ulduz futbolçular çıxış edir. Fikrimcə, zədəlilərin yoxluğu qarşıdakı oyunlarda hiss olunmayacaq. çünki hazırkı heyət də Azərbaycan və Macarıstanı məğlub etməyə borcludu. Seçmə mərhələyə uğurlu start götürmək istəyirik. Bu üzdən Azərbaycanla ilk matç çox önəmlidi. O ki qaldı mənə, baş məşqçi şans verərsə, özümü doğrultmağa çalışacam".

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest