AFFA-nın təşkilatçılığı ilə Bakıda müstəqil fəaliyyət göstərən futbol məktəbləri və akademiyaları arasında keçirilən "Akademiya kuboku" turnirinə yekun vurlub. Matc.az xəbər verir ki, sonuncu - VII turun oyunlarının ardından mükafatçılar müəyyənləşib.

Turniri III pillədə başa vuran EFA (Bakı) komandası bürünc medallara sahib olub. "Ordu" komandası turniri II sırada başa vurub. Son turda vacib qələbə qazanan "Leon" "Akademiya kuboku" turnirinin qalibi adını qazanıb.

Turun oyunlarından sonra mükafatlandırma mərasimi təşkil olunub. Turnirdə iştirak edən bütün komandaların üzvlərinə AFFA-nın diplomları təqdim edilib. Həmçinin turniri ilk 3 pillədə başa vuranlara müvafiq olaraq, bürünc, gümüş və qızıl medallar, diplomlar verilib. Mükafatları AFFA-nın texniki direktoru Bernhard Lippert, Bakıda səfərdə olan ulduz futbolçular Maykl Essyenlə Andrey Arşavin təqdim ediblər.

Turnirin ən yaxşı oyunçusu adına "Ordu"nun üzvü Rasim Cavadov, ən yaxşı qapıçısı adına "Gilavar"ın üzvü İlyas Babayev layiq görülüblər. "Leon"un oyunçusu Raul Hüseynov isə 14 qolla turnirin ən məshuldar oyunçusu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest