AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun XVII turundakı oyunlarında qeydə alınmış neqativ hallar müzakirə olunub. Matc.az saytı xəbər verir ki, qurum, xüsusən də, "Ağsu" – "Səbail-2" görüşü ilə bağlı cəzalar tətbiq edib.

4 futbolçusu sarı vərəqə alan "Ağsu" 80 manat cərimə olunub. Qarşılaşmanın 36-cı dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilən "Ağsu"lu Fərrux Rəhimov klubunu 320 manat ziyana salıb. Bundan 2 dəqiqə sonra komandanın digər üzvü Sahib Cümşüdov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. O isə 2 oyunluq cəzaya, klubu da 160 manatlıq cərimərə məruz qalıb. Həmçinin matçın təhlükəsizliyini tam təmin etməyən "Ağsu" daha 400 manat cərimələnib.

"Səbail-2" isə görüşün protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunub.

Liqanın "Qaradağ Lökbatan" – "Kəpəz" oyununda "Qaradağ Lökbatan"ın səhlənkarlığı ucbatından ikinci hissə 3 dəqiqə gec başlayıb. Bu da komandanın 240 manat cərimələnməsinə səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest