Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti yığıncağı baş tutub. Matc.az saytı xəbər verir ki, qurum Region Liqası və aşağı yaş qrupu üzrə komandalarını cəzalandırıb.

Region Liqasının "Astara" – "Alyans" (Masallı) görüşündə iştirak etməyən ikincilər 0:3 hesablı texniki məğlubiyyət alıblar.

Bununla yanaşı, U-13 Qızlar Liqasının "Bakınka" (Bakı) – "Sumqayıt" görüşündə də "Sumqayıt" eyni səbəbdən eyni cəza ilə üzləşib. Futzal üzrə birinci liqada "Sabunçu" komandası "Green Log"la matça çıxmadığı üçün 0:5 hesablı texniki məğlubiyyətə məruz qalıb.

U-11 Liqasının "Leon" – "Polad" qarşılaşmasında "Leon"un heyətində protokolda adı olmayan futbolçu oynayıb. Bu isə rəqibə texniki qələbə (3:0) qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest