"Malta ilə 1:1 hesablı nəticə ürəkaçan olmadı". Matç.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov deyib.

Uzun fasilədən sonra yenidən yığmamıza çağırılan forvard Millətlər Liqasının qrup mərhələsində Farer adaları və Malta ilə qarşılaşmaları əvəzedilmədən keçirib.

Dadaşov Maltanı məğlub edə bilmədikləri üçün özünü günahlandırıb: "Hər iki oyundan sonra baş məşqçidən müsbət fikirlər eşitdim. Ancaq Farer adaları üzərindəki böyükhesablı (3:0) qələbədən sonra Malta ilə bərabərlik bizi ciddi narahat etdi. Qalib gəlməli idik. Ancaq 2-3 epizodda qol şansını əldən verdim. Halbuki onları qola çevirməli idim".

Bundesliqa III-ün iştirakçısı "Proyssen"in formasını geyinən 27 yaşlı oyunçu millimizin hədəfindən də söz açıb: "Yığmada bir çox oyunçunu əvvəldən tanıyıram. Əlbəttə ki, yeni simalar da var. ümumiyyətlə, drammatik bir şey yoxdu. Hədəfimiz qrup birincisi olmaqdı. ümid edirəm ki, noyabrda da yığmaya çağırılacam və komandama son iki matçda kömək edəcəm. Yenidən dəvət gözləyəcəm. Azərbaycan kimi milli üçün qrupu birinci pillədə tamamlamaq çox önəmlidi. Qrupdakı ilk 4 turda məğlub olmadığımızı da vurğulamalıyam. ümidimizi üzmürük".

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki onu Regional Liqada çıxış etdiyi üçün yığmaya çağırmırdı. Dadaşov buna da münasibət bildirib: "Əslində bu, axmaqlıqdı. Ancaq indi yenidən özümə güvənirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest