UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasına hazırlıq kampaniyası çərçivəsində təşkil olunmuş "Bakı 2019: Ulduzlar Finalı" adlı şou xarakterli oyunla əlaqədar ölkəmizə səfər edən ulduz futbolçulardan biri - Maykl Essyen bu gün "Səbail"in qonağı olub. Matc.az xəbər verir ki, o, "Bayıl Arena"da "Səbail" PFK-nın məşqçi və futbolçu heyəti ilə görüşüb, klubun Akademiyasının fəaliyyəti ilə tanış olub. "Səbail"in forması ulduz futbolçuya hədiyyə olunub. Görüşün sonunda Maykl Esyen dəvətə görə təşəkkürünü bildirərək, klubun kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest