Azərbaycan yığmasının və Rusiyanın "Krılya Sovetov" klubunun hücumçusu Ramil Şeydayevin müsahibəsi

- "Lokomotiv"lə matçda komandanın bərabərlik qolunu vurdunuz…

- Qol vurduğuma görə sevindim. Təbii ki, təkcə öz qoluma görə deyil, komandamın bu səfərdə xal qazandığı üçün də şad oldum. Qolun önəmi ona görə böyükdür ki, biz səfərdən xalla ayrıldıq.

- Həmçinin, həftənin 11 ən yaxşı futbolçu arasında yer almısınız…

- Bu barədə ümumiyyətlə düşünmürdüm. Matçdan öncə də fikirləşmirdim ki, həftənin 11 ən yaxşı futbolçusu arasında yer alacam.

- Rusiya çempionatı sizin üçün daha yaxşıdı?

- Burada oynamaq mənim çox xoşuma gəlir. çünki özümü Rusiya Premyer Liqasında rahat hiss edirəm. Ona görə də hər şey yaxşıdı.

- Rusiya mətbuatı sənin haqqında "Ramil "Zenit"dəki kimi oynamağa başlayıb" deyə yazır…

- Bu barədə mənim danışmağım düzgün olmaz. çünki öz oyunumu özüm tərifləyə bilmərəm. Buna kənardan insanlar, azarkeşlər və mütəxəssislər qiymət verməlidir.

- Millimizə yeni baş məşqçi təyin edilib…

- Onun haqqında heç bir fikrim yoxdu. çünki Nikola Yurçeviçlə birlikdə işləməmişəm. ümid edirəm ki, hər şey milli komandamız üçün yaxşı olacaq.

- Dəvət gözləyirsiz?

- Əlbəttə. Heyət açıqlananda adımı orada görmək istəyirəm (futbolinfo.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest