Madrid "Real"ında problemlər səngimək bilmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi İsko çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"la dünənki qarşılaşmadan əvvəl qalmaqal yaradıb.

Oyunöncəsi baş məşqçi Santyaqo Solari bazada heyəti açıqlayan zaman İskonu "18-lik"dən kənarda saxlayıb. Buna qəzəblənən ulduz futbolçu çalışdırıcı ilə mübahisəyə girişib və komanda ilə birlikdə avtobusa minməkdən imtina edib. Avtomobili ilə evinin yolunu tutan İsko zədəli olmamasına baxmayaraq, qarşılaşmanı izləmək üçün "Santyaqo Bernabeu"ya getməyib.

Qeyd edək ki, İskonun mövsümün sonunda "Real"dan ayrılması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest