Təbii ki, "Barselona", "Real" kimi dünya nəhənglərinin yer aldığı çempionatda hər ölkənin nümayəndəsini görmək mümkün deyil. Yerli oyunçulara üstünlük verməsi ilə diqqət çəkən ispan klubları əcnəbilər üçün isə milyonlar xərcləməkdən çəkinmirlər.

İspaniya La Liqasının XXVI turunda "Valyadolid"lə keçirilən oyun "Espanyol"un yarımmüdafiəçisi Li Vu üçün əlamətdar olub. Matc.az saytının məlumatına görə komandasının 3:1 hesablı qələbəsinə son nöqtəni qoymaqla töhfə verən 28 yaşlı oyunçu La Liqa tarixində qol vuran ilk çinli olub.

Təbii ki, "Barselona", "Real" kimi dünya nəhənglərinin yer aldığı çempionatda hər ölkənin nümayəndəsini görmək mümkün deyil. Yerli oyunçulara üstünlük verməsi ilə diqqət çəkən ispan klubları əcnəbilər üçün isə milyonlar xərcləməkdən çəkinmirlər. Maliyyə cəhətdən çətinliyin olmaması seçim zamanı tanınmış futbolçulara üstünlük verilməsinə səbəb olur. Bu üzdən əsasən Braziliya, Argentina başda olmaqla Cənubi Amerikanın, eləcə də Portuqaliyanın yığma səviyyəsində ulduz futbolçularının yolu La Liqadan keçir.

Ancaq müxtəlif dövrlərdə Li Vu kimi istisnalar da olub. O, ölkəsinin İspaniya yüksək liqasında qol sevinci yaşayan ilk oyunçusu olmağı bacarıb. Lu Vuya qədər isə 15 ölkə cəmi bir futbolçusunun La Liqada qol vurması ilə öyünə bilib. Həmin ölkələr arasında Azərbaycan da var. Bu isə ötən ilin sonlarında 50 yaşını qeyd edən Vəli Qasımovdu. 1995-96 mövsümündə "Albasete"nin formasını geyinən Qasımov İspaniya çempionatında 4 qola imza atıb.

çin və Azərbaycanla yanaşı, La Liqa tarixində cəmi bir oyunçusu qol vurmuş digər ölkələr Burundi, Estoniya, Misir, Moldova, Dominikan Respublikası, Puerto-Riko, Burkina-Faso, Gürcüstan, Salvador, Latviya, Qambiya, Keniya, Cənubi Koreya və ABŞ-dı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest