Almaniyanın III Bundesliqa klubu "Proyssen"in hücumçusu Rüfət Dadaşov Azərbaycan millisinə çağırılıb. Matc.az saytı xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

Bildirilir ki, 27 yaşlı forvard AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və yoldaşlıq görüşü çərçivəsində Litva ilə görüşlərin heyətinə salınıb. Bu səbəbdən Dadaşov III Bundesliqanın XXX turu çərçivəsində martın 23-də "Unterhahinq"lə görüşü buraxmalı olacaq.

Qeyd edək ki, yığmamız martın 21-də Xorvatiya, 25-də isə Litva ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest