Albaniyalı hücumçu Redon Cicanın "Qarabağ"a transferinin detalları bəlli olub. Matc.az xəbər verir ki, "transfermarkt" Ağdam klubunun bu keçid üçün "Tirana"ya ödədiyi məbləği açıqlayıb.
 
Bildirilib ki, 25 yaşlı forvard Azərbaycan çempionuna 550 min avroya başa gəlib. "Qarabağ"ın "Tirana"ya məhz bu məbləğdə təzminat ödədiyi vurğulanıb.
 
Qeyd edək ki, Redon Cica "Qarabağ"la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə bağlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest