UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, 5 oyun saat 21:55-də, 3 oyun isə 00:00-da başlayıb.

Turnirin favoritlərindən biri olan "İnter" Frankfurtda "Ayntraxt"la qolsuz bərabərə qalıb.

"Arsenal" "Renn" səfərindən məğlub dönübsə, "Vilyarreal" Sankt-Peterburqda "Zenit"ə qalib gəlib.

"çelsi" və "Napoli" ilk oyunları evdə keçiriblər. Londonlular Kiyev "Dinamo"sunu, neapollular isə "Zalsburq"u qəbul edib. Turnirin favoritləri arasında göstərilən "çelsi" və "Napoli" böyükhesablı qələbə qazanaraq, 1/4 finala vəsiqəni böyük ölçüdə təmin ediblər.

 

Avropa Liqası

1/8 final

7 mart

"çelsi" (London, İngiltərə) – "Dinamo" (Kiyev, Ukrayna) - 3:0

Pedro, 18; Villian, 65; Hadson-Odoi, 90

"Napoli" (Neapol, İtaliya) – "Zalsburq" (Avstriya) - 3:0

Milik, 10; Ruiz, 18; Onquene, 58 (avtoqol)

"Valensiya" (İspaniya) – "Krasnodar" (Rusiya) - 2:1

Rodriqo, 12, 24 - Klaesson, 63

"Dinamo" (Zaqreb, Xorvatiya) – "Benfika" (Portuqaliya) - 1:0
 

Petkoviç, 38 (pen.)

"Ayntraxt" (Frankfurt, Almaniya) – "İnter" (Milan, İtaliya) - 0:0

"Renn" (Fransa) – "Arsenal" (London, İngiltərə) - 3:1

Buriqo, 42; Koselni, 65 (avtoqol); Sarr, 88 - İvobi, 4

"Sevilya" (İspaniya) – "Slaviya" (Praqa, çexiya) - 2:2

Ben Yedder, 1; El Haddadi, 24 - Stoç, 25; Kral, 39

"Zenit" (Sankt-Peterburq, Rusiya) – "Vilyareal" (İspaniya) - 1:3

Azmun, 35 - İborra, 33; Moreno, 64; Morlanes, 71

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest