"Real"ın sabiq baş məşqçisi Xulen Lopeteqi klubu məhkəməyə verib. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, mütəxəssis "kral klubu"ndan təzminat tələb edib.

çünki madridlilər 3 illik müqaviləsi qüvvədə olmasına baxmayaraq, onu mövsümün gedişində qovmaq qərarına gəlmişdi. Lopeteqi də "Real"dan almalı olduğu 3 illik maaşın kompensasiyasını istəyib. Bu isə 28 milyon avro deməkdi.

Qeyd edək ki, mövsümün əvvəlində "Real"ın "sükanı arxası"na gətirilən Lopeteqi oktyabrda istefaya göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest