Azərbaycanlı futbolçu Elgün Nəbiyev Polşanın "Limanoviya" klubundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə 4-cü liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanlı futbolçu Elgün Nəbiyev Polşanın "Limanoviya" klubundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə 4-cü liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
 
Xatırladaq ki, Elgün Nəbiyev ötən mövsümün əvvəlindən "Limanoviya"da çıxış edirdi. 27 yaşlı vinger daha öncə Azərbaycanda "Zirə", "Sabah", "Sumqayıt" və "Səbail"in də uğurları üçün çalışıb.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest