ötən gün "Qarabağ"dan ayrılaraq Macarıstanın "Ferentsvaroş" klubu ilə müqavilə imzalayan Kvabena Ovusu bu transferlə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Qanadan olan 25 yaşlı forvard yeni klubu və hədəfləri barədə bunları söyləyib:
 
"Bu komandaya yenidən çempionlar Liqasında oynamaq üçün gəlmişəm. "Ferentsvaroş" əla komandadır. "Qarabağ"da olarkən indiki komandama qarşı oynamışdım. O vaxt komanda yoldaşlarıma dedim ki, uşaqlar, bu rəqib bizə çətin anlar yaşadacağıq, oyuna hərtərəfli yaxşı hazırlaşmalıyıq. Onlar da çempionlar Liqasının qrupuna düşmək istəyirdilər. Bu səbəbdən tam gücümüzlə mübarizə aparmalıydıq. "Ferentsvaroş"a hədəflərinə çatmaqda kömək etmək istəyirəm. İstərdim ki, bütün bacarığımla komandaya yardım göstərim. İstəyimizə nail olmaq üçün birlikdə çalışmalıyıq".
 
Xatırladaq ki, "Ferentsvaroş" Kvabena Ovusu ilə 2.5 illik müqavilə imzalayıb. Macarıstan klubu bu transfer üçün "Qarabağ"a 300 min avro ödəyib.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest