PSJ-nin hücumçusu Neymar diskvalifikasiyaya məruz qala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun hakimlərin ünvanına işlətdiyi ifadələrdi.

Belə ki, çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə komandasının "Mançester Yunayted"ə məğlubiyyətindən sonra braziliyalı superulduz hakimliyi tənqid edib. Sosial şəbəkə vasitəsilə ikinci hissədəki idarəçiliyi və son dəqiqələrdə komandasının qapısına penalti təyin edilməsini biabırçılıq adlandıran Neymarın paylaşımı Nizam-İntizam Komitəsində müzakirə olunacaq. Günahkar olduğu təsdiqlənərsə, futbolçuya 3 oyunluq cəza kəsiləcək.

Qeyd edək ki, səfərdə 2:0 hesabı ilə qalib gələn PSJ öz meydanında 1:3 yenilərək, mübarizəni dayandırıb. Neymar isə zədə üzündən hər iki matçı buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest