Futbol üzrə Niderland birinci divizionunda 23-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Dordrext"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 0:4 hesabıyla uduzub.
 
Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Millimizin üzvü 55-ci dəqiqədə sarı vərəqə də alıb.
 
"Eyndhoven" hazırda 39 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest