İngiltərənin "Nottingem Forest" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Qana millisinin və Qətərin "Əl-Sədd" klubunun yarımmüdafiəçisi Andre Ayyunu heyətinə qatıb.
 
33 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb.
 
Ayyu Marsel "Olimpik"inin yetirməsidir. O, "Loryan", "Arl-Avinyon", "Suonsi Siti", "Vest Hem", "Fənərbaxça" kimi klublarda da oynayıb. Təcrübəli vinger 2021-ci ildən formasını geyindiyi "Əl-Sədd"də 39 oyuna 22 qol vurub. O, Qana yığmasında da 113 oyunda 24 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest