Şeydayev də bu görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Ramil vurub. Millimizin üzvü demək olar ki, meydana çıxan kimi, 81-cu dəqiqədə hesabı biabırçı həddə çatdırıb.

Futbol üzrə Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir. Matc.az  xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda Krasnoyarsk "Yenisey"i ilə üz-üzə gəlib. Ramilin komandası bu görüşdən qələbə ilə ayrılıb - 4:0.

Şeydayev də bu görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Ramil vurub. Millimizin üzvü demək olar ki, meydana çıxan kimi, 81-cu dəqiqədə hesabı biabırçı həddə çatdırıb.

Samara təmsilçisinin heyətində digər azərbaycanlı futbolçu Aleksandr Səmədov da bu matçın iştirakçısı olub. O, sabiq klubuna qarşı 90 dəqiqə oynayıb, əlavə vaxtda əvəzlənib.

Bu, Şeydayevin Rusiya Premyer Liqasında 2-ci qoludu. Millimizin üzvü ötən tur Moskva "Lokomotiv"i ilə səfər oyununda da qol vurmuşdu.

Hazırda "Krılya Sovetov" 21 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest