Komandalar bir-biri ilə çox görüşdükcə daha inamlı çıxış etməyə başlayır. Bu, dünyanın hər yerində belədi. Hər iki amilin təsiri ola bilər. Biz hər il daha güclü olmaq istəyirik. Hər bir halda futbolçularımzdan razıyam. Bəzi nöqsanları çıxsaq, hər şey məni qane edir.

"Hər komanda bir hissə daha yaxşı oynadı və hər iki komanda bir xala layiq idi. Xallarımızın üzərinə biri də əlavə edildi. "Zirə" son 3 matçda tam fərqli oynayır". Matc.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının XX turunda "Zirə" ilə qarşılaşan ağdamlılar xal itiriblər.

Oyundan sonra mətbuat konfransı keçirən Qurbanov sualları da cavablandırıb: "çətin anlar oldu. Bəzən düşündüyün hücumların beş-altısını reallaşdıranda sevinirsən. Sadəcə, bu gün qol vura bilmədik. Qarşıdakı oyunlarımız daha yaxşı olacaq".

- Bu gün Mahir Mədətovu hücumdan çox müdafiədə gördük...

- Mən belə görmədim. Ola bilər ki, ilk hissədə müdafiədə kömək edirdi. Ancaq fasilədən sonra sırf öndə çıxış etdi. Ola bilər ki, bəzən arxa xəttə köməklik göstərsin.

- Qış fasiləsindən sonra komanda keçirdiyi oyunların yarısında xal itirib. Narahatlığınız varmı?

- Narahatlıq həmişə olur. Hətta qalib gəldiyimiz matçlarda belə. Xal itkiləri təkcə yanvardan sonra yox, dekabra kimi də var idi. çempionluq üçün gərək daha çox xal toplayasan, daha yaxşı çıxış edəsən. Mövsümboyu bütün oyunlar çətin keçir. Digər illəri nəzərə alanda az xalla da çampion olmaq mümkündü.

- 90-cı dəqiqədə Rəşad Sadıqov 4-cü hakimə etiraz edirdi. Bu, az vaxt əlavə edilməsi ilə bağlı idi?

- Elə də ciddi etiraz deyildi. Tam görmədim. Ola bilər ki, bununla bağlı fikir bildirsin.

- Mahir Mədətovun Yuinanıstanın AEK klubundan təklif aldığı ilə bağlı xəbərlər var...

- Son iki ildi ki, belə təkliflərin olduğu deyilir. Maraqlananlar ola bilər. Ancaq kluba rəsmi təklif gəlməyib.

- Ansi Aqolli sanki azarkeşlərlə vidalaşdı...

- Gedir ki, Aqolli? (Gülür) Ona təklif var. Ailəsi ABŞ-da yaşayır. Bu məsələ təxminən bir aya yaxındı ki, gündəmdədi. Aqolli hamımızın sevimlisidi. Ona görə də istərdim ki, gələcək həyatını yaxşı qursun. Hələlik son qərar verilməyib. Sadəcə, Ansi ilə mənim dialoqum olub. Qərar martın 15-dən sonra veriləcək.

- Komandanın xal itkilərinin çoxluğu çempionatın səviyyəsinin artması ilə bağlıdı, yoxsa "Qarabağ"ın zəifləməsinə görədi?

- Komandalar bir-biri ilə çox görüşdükcə daha inamlı çıxış etməyə başlayır. Bu, dünyanın hər yerində belədi. Hər iki amilin təsiri ola bilər. Biz hər il daha güclü olmaq istəyirik. Hər bir halda futbolçularımzdan razıyam. Bəzi nöqsanları çıxsaq, hər şey məni qane edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest