"çətin oyun oldu. Turnir cədvəlində vahid lider olmaq baxımından çox vacib 3 xalı qazandıq". Matc.az saytı xəbər verir ki, bunu "Neftçi"nin müdafiəçisi ömər Buludov deyib.

"Ağ-qaralar"ın Topaz Premyer Liqasının XX turunda "Sumqayıt" üzərində səfər qələbəsinə (2:1) qolla töhfə verən cinah oyunçusu klubun rəsmi saytına danışıb.

Gənc futbolçu qalibiyyətdə azarkeşlərin də böyük pay sahibi olduğunu bildirib: "Qolu kimin vurması önəmli deyil, əsas odu ki, qalib gəldik. Nə yalan deyim, qələbədə payımın olması məni çox sevindirir. Hər dəfə olduğu kimi, növbəti oyunda da əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, qələbə qazanaq, 1-ci pilləni əldən verməyək. Yeri gəlmişkən, bu qələbədə azarkeşlərimizin də payı böyükdü. Buna görə onlara təşəkkür edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest