Ukrayna Premyer Liqasında XXI tura yekun vurulub. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" doğma meydanında "Olimpik"i qəbul edib.

Meydan sahibləri 69-cu dəqiqədə hesabı açmalarına baxmayaraq, son dəqiqələrdə qol buraxaraq, qələbəni əldən verib - 1:1. Qarşılaşmaya start heyətində başlayan Paşayev cəmi 10 dəqiqə mübarizə apara bilib. Belə ki, matçın əvvəllərində zədələnən futbolçu 10-cu dəqiqədə əvəzlənməli olub. Onun AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə görüşdə iştirak edib-etməyəcəyinə tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Aleksandriya" hazırda 38 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest