Uğursuz mövsüm keçirən "Real"da problemlər bitmək bilmir. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, komandanın son məşqlərinin birində futbolçular arasında dava düşüb.

Belə ki, ikitərəfli oyundan sonra Marselonun qələbəni qeyd etməsi qarşı tərəfdə yer alan kapitan Serxio Ramosun xoşuna gəlməyib. Nəticədə cütlük arasında döz "davası" yaşanıb. Bir neçə dəqiqə çəkən mübahisə digər oyunçuların araya girməsi ilə başa çatıb.

Qeyd edək ki, La Liqada 27 turdan sonra "Real" 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest