"Başakşəhər" klubu aparıcı futbolçusu Arda Turanı cərimələyib. Matç.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb ulduz futbolçunun yaratdığı son qalmaqal olub.

 

Belə ki, müğənni Berkay Şahinin burnunu qıran və ardından xəstəxanada silahla yerə atəş açan yarımmüdafiəçi icarə əsasında formasını geyindiyi "Başakşəhər" tərəfindən 2,5 milyon lirə məbləğində cərimələnib. Bunu isə türklər tarixi cəza hesab edirlər.

 

Klub eyni zamanda 31 yaşlı oyunçunun peşəkar öhdəliklərinin məhkəmə qərarına qədər davam edəcəyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest