Rusiyada keçirilən son dünya çempionatı bu ölkənin iqtisadiyyatına böyük kömək edib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, təşkilat komitəsi mundialın gəlirini açıqlayıb.

 

Bildirilib ki, 2013-2018-ci illər aralığında ölkə iqtisadiyyatı 952 milyard rubl (14,6 milyard dollar) qazanc götürüb. Rusiya bundan əvvəl dünya çempionatlarını təşkil edən Braziliya, Cənubi Afrika Respublikası, Almaniya və Cənubi Koreyadan çox qazanc əldə edib. Ruslar mundialdakı yatırım sayəsində qarşıdakı 5 il ərzində hər il 150-210 milyon rubl qazanc götürülməsini proqnozlaşdırırlar.

 

Qeyd edək ki, Rusiya dünya çempionatının təşkilatçılığı üçün 688 milyard rubl xərcləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest