ötən mövsümün sonunda "Real"dan ayrılan Zinəddin Zidan 10 aylıq fasilədən sonra dünən "kral klubu"na qayıdıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, klub prezidenti Florentino Peres fransalı mütəxəssisi razı salmaq üçün bir çox vədlər verməli olub.

Bu mövsümlə bağlı heç bir hədəfi qalmayan madridlilər yayda yeni "qalaktikos" yığacaq. Zidan transfer siyahısını artıq Peresə təqdim edib və ulduz futbolçuların alınacağına dair söz alıb.

Mövsümün əvvəlindən hədəfdə olan Eden Azarla bağlı qərara baş məşqçi dəyişikliyi də təsir etməyib. Zidanın da xidmətində maraqlı olduğu "çelsi"nin liderinin yayda "Real"a üz tutacağı böyük ölçüdə həllini tapıb. çünki Belçika millisinin üzvü ilə hərtərəfli anlaşma əldə edilib və yalnız "zadəganlar"ı bu keçidə razı salmaq qalıb. "çelsi" ilə müqavilə müddəti gələn ilin yayına qədər olan 28 yaşlı vingerin İspaniya nəhəngi ilə 3 və ya 4 illik sözləşməyə qol çəkməsi planlaşdırılır.

Zidanın heyətdə mütləq görmək istədiyi oyunçular arasında "çelsi"nin digər yarımmüdafiəçisi Nqolo Kante də var. Zizunun dönməyə razılıq verməsini şərtləndirən məsələlərdən biri də Kante transferi ilə bağlı prezidentdən söz almasıdı.

Hər kəsi maraqlandıran əsas məqam isə Neymar və Kilian Mbappe ilə bağlıdı. "Real"ın hər iki futbolçu ilə maraqlandığı və onlardan birini almaq istədiyi gün kimi aydındı. Zidanın gəlişindən sonra Mbappe əsas hədəfə çevrilib. Florentino Peres isə baş məşqçinin təqdimetmə mərasimində həm Neymar, həm də Mbappeni transfer edə biləcəklərini vurğulayıb.

Zidan "Real"dakı həmyerlisi Kərim Benzemadan məmnundu. Ancaq ucuz qiymətə olması səbəbindən "İnter"in forvardı Mauro İkardinin keçidi də istisna edilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest