"Barselona"nın sabiq prezidenti Xoan Laporta yenidən bu vəzifəni icra etmək istəyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu tanınmış iş adamı özü açıqlayıb.

O bildirib ki, 2021-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək fikrindədi. Laporta bununla bağlı fəaliyyətə də başlayıb. "Barselona" azarkeşlərinin sevimli prezidenti kimi tanınan 57 yaşlı sabiq rəhbər seçiləcəyi təqdirdə, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı qaytarmağa çalışacağını deyib.

Qeyd edək ki, Xoan Laporta 2003-2010-cu illərdə Kataloniya klubuna rəhbərlik edib. "Barsa" onun başçılığı altında 4 dəfə La Liqanın, 1 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Superkubokunun, 2 dəfə çempionlar Liqasının, 1 dəfə UEFA Superkubokunun, 1 dəfə isə Klublararası Dünya çempionatının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest