"Real"ın dünən baş məşqçi postundan qovduğu Santyaqo Solari klubda qala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "kral klubu"nun prezidenti Florentino Peres söyləyib.

O bildirib ki, 43 yaşlı mütəxəssisə akademiyada çalışmağı təklif edib: "Solari bu klubun bir hissəsidi və "Real"ı sevir. Bura onun evidi. Əgər istəsə, qala bilər".

Santyaqo Solari təklifi qəbul etsə, klubun akademiyasına qayıdacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest