"Roma"nın sabiq baş məşqçisi Eusebio Di Françeskonun işsiz günləri uzun sürməyəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 50 yaşlı mütəxəssis yenidən ölkəsi İtaliyada çalışacaq.

Belə ki, onun "Fiorentina"nın "sükanı arxası"na keçməsi gözlənilir. Florensiya klubu hazırkı baş məşqçi Stefano Pioli ilə yaya qədər olan sözləşmənin müddətini uzatmaq fikrində deyil. Di Françesko ilə artıq ilkin danışıq olub. çox güman ki, gələn mövsüm komandanı məhz o çalışdıracaq.

Qeyd edək ki, A seriyasında 27 turdan sonra "Roma" 5-ci, "Fiorentina" isə 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest