Avstriya mətbuatı yığmanın AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirəcəyi Azərbaycan millisini araşdırıb. Matc.az saytı xəbər verir ki, yerli KIV baş məşqçi Ralf Ranqnikə bununla bağlı xəbərdarlıq edib.
 
Bildirilib ki, Canni de Byazinin yetirmələrinin son 5 matçda qələbə qazanması Ranqnik və komandası üçün ciddi mesaj olmalıdı: "Avstriya bu görüşün favoritidi. Ancaq rəqibin yüksəlişini də xüsusi vurğulamaq lazımdı. Buna görə də, Azərbaycan millisini ciddiyə almaq və bu görüşdə maksimum performans ortaya qoymaq şərtdi".
 
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu martın 24-də Linz şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest