"Səbail"in futbolçusu Yevgeni Koçuk Moldova millisinə çağırılıb. Matc.az xəbər verir ki, bu barədə yerli futbol federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Baş məşqçi Aleksandr Spiridon AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Fransa və Türkiyə ilə oyunlara 24 futbolçu çağırıb. Dəvətlilər arasında "Səbail"in 26 yalı yarımmüdafiəçisi Koçuk da var. Əvəzində Topaz Premyer Liqasında çıxış edən digər moldovalılar - "Neftçi"nin müdafiəçisi Raku Petru və "Zirə"nin yarımmüdafiəçisi Aleksandr Dedov kənarda qalıb.

Qeyd edək ki, martın 22-də Zimbruda Fransanı qəbul edəcək Moldova yığması bundan 3 gün sonra Əskişəhərdə Türkiyənin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest