"İnter"in hücumçusu Mauro İkardi mövsümün sonunda klubunu dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard karyerasını elə İtaliyada davam etdirə bilər.

PSJ və "Real"ın maraq dairəsində olan ulduz futbolçuya növbəti təklif "Napoli"dən gəlib. Neapol təmsilçisi oyunçuya "İnter"dəki qazancından artıq maaş təklif edib. Belə ki, klub rəhbərliyi ona illik 9 milyon avro məvacib və 2 milyonluq mükafat ödəməyə hazırdı.

Qeyd edək ki, Mauro İkardi 2013-cü ildə "Sampdoriya"da olarkən də "Napoli"dən təklif almış, lakin seçimini "İnter"in xeyrinə etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest