"Real"ın yarımmüdafiəçisi Qaret Beyl yenidən İngiltərəyə qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, sabiq komandası "Tottenhem" onu qaytarmaqda maraqlıdı.

Zinəddin Zidanın baş məşqçi postuna qayıtmasından sonra "Real"dan ayrılacağı gözlənilən Beyl bir neçə Avropa nəhəginin diqqət mərkəzindədi. "Tottenhem" rəhbərliyi yarımmüdafiəçisi Kristian Eriksenin "Real"a keçidi zamanı Beyli də qaytarmağa çalışacaq. Londonlular ilk mərhələdə onu icarəyə götürmək barədə düşünürlər.

Qeyd edək ki, Qaret Beyl "Real"a 2013-cü ildə məhz "Tottenhem"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest